eOFFICE sizə yeni İT texnologiyaları ilə tərtib edilmiş elektron ofis proqramları təklif edir. Burada təhlükəsizliyi təmin etmək üçün istifadəçi məlumatları xarici serverlərdə saxlanılır. Yaradılmış bu təhlükəsiz mühitdə siz lazımi məlumatları daxil etməklə öz maliyyə hesabatlarınızı apara bilərsiniz.

İstifadə şərtləri- proqrama daxil olarkən sizin qeydiyyatdan keçməyiniz şərtdir. Qeydiyyatdan keçərkən daxil etdiyiniz bütün məlumatlarınızın heç bir halda üçüncü şəxslərlə bölüşdürülmədiyindən əmin ola bilərsiniz. Əldə edilmiş məlumatlar sadəcə olaraq bizə imkan yaradır ki, sizi ehtiyaclarınızla tanış edib, biznes əməliyyatlarınızı daha güvənilir və asan edək. Yalnız və yalnız ödənişlər, layihələr və s. kimi məsələlərdə sizin müştərilərlə və əməkdaşlarınızla daha rahat əməkdaşlıq edə bilməniz üçün bəzi məlumatlarınız üçüncü şəxslərlə və ya şirkətlərlə bölüşülür. Digər bütün hallarda sizin məlumatlarınızın qorunacağına eOFFICE təminat verir.

Hesabat - Hesabatlar bölməsində aylıq, rüblük və illik əməliyyatlarınızın nəticələri ilə tanış ola bilərsiniz. “Gəlir”, “Xərc” bölmələrini seçməklə siz aparılan əməliyyatlar, invoyslar və onların hesabatlarını asanlıqla tərtib edə bilərsiniz. Daxil etdiyiniz və əməliyyat apardığınız məbləğlərin kimə aid olduğunu server gizli saxlayır.

Əməkdaşlar- Bu bölmədə siz mövcud əməkdaşlarınız haqqında onların şəxsi məlumatlarını düzgün daxil etməlisiniz ki, sizin hesabınızda aparılan əməliyyatlar düzgün şəkildə nəticələnsin. Əks halda çıxarılmış yanlış gəlir və xərc hesabatlarına görə eOFFICE məsuliyyat daşımır.

Məhsul- “Məhsullar” bölməsi sizin şirkətinizin məhsul və xidmətlərini bir arada qeyd etməniz üçün tərtib edilmişdir. Burada qiymətlər, xidmət növləri və s. haqqında məlumat əldə etmək mümkündür.

Müştərilər-Bu bölmədə siz müştəriniz, onun şirkət məlumatları, rəhbəri və s. haqqında bütün məlumatları bir arada əldə edirsiniz. Müştəriniz hər hansısa şirkət olduqda şirkət məlumatlarını daxil etməlisiniz, lakin müştəriniz fərdi sahibkardırsa o zaman şirkət məlumatlarını daxil etməyə gərək yoxdur.

Təkliflər- Siz şirkətinizə gələn və sizdən ünvanlanan bütün təkliflər barədə bu bölmədən məlumat ala bilərsiniz. “Yeni təklif yarat” bölməsi ilə istənilən sayda təklif yarada və göndərə bilərsiniz. Əgər təklif göndərəcəyiniz müştərini öz hesabınızda qeydiyyatdan keçirməmisinizsə, o zaman ilk öncə müştərini qeydiyyatdan keçirib, daha sonar təklif hazırlaya bilərsiniz.

Fakturalar- Bu bölmədə siz hesab-faktura yarada, yadda saxlaya və müştərilərinizin emailinə göndərə bilərsiniz. Hesab faktura yaradarkən logo seçimi, rəng seçimi, əlavə qeydlər və s. sizin tərəfinizdən tənzimlənir.

Gəlir\ xərc- Gəlir və xərc bölmələri ayrılıqda sizin daxil etdiyiniz gəlir və xərclərinizi hesablayıb xalis mənfəətinizi çıxarır

1. Hansı informasiyaları biz götürürük? Siz yeni istifadəçi hesabı yaratdığınızda orada qeyd etdiyiniz informasiyaları: elektron ünvan, telefon nömrəsi, fəaliyyət sahəsi və s.
Bizim faktura, layihə və s. kimi servislərimizdən istifadə edərkən bu haqda bizə informasiya daxil olur. Həmçinin bu məlumatlardan istifadə edə bilməniz üçün də sizdən fərdi sahibkarlığınız və ya şirkətiniz haqqında məlumatlar toplamağımız lazım gəlir. Əks halda eOFFICE -in sizə təqdim etdiyi bütün faydalı servislərdən yararlana bilməyəcəksiniz. Onun üçün də məlumatlarınızın dəqiqliyi və ətraflı olması sizə daha dolğun və yararlı xidmət göstərməyimiz üçün vacibdir.

2. İnformasiyalarınız necə paylaşılır? Siz təklif göndərəcəyiniz və təklif alacağınız təqdirdə, şəxsi məlumatlarınız üçüncü şəxslərlə paylaşılır. Bu isə quracağınız biznes əlaqələriniz üçün vacib şərtlərdən biridir. Eyni zamanda siz də digər şəxslər haqqında məlumatları biznes quracağınız təqdirdə əldə edə bilərsiniz.

3. Sual və cavablar Biz proqramla bağlı hər hansı sualınız yaranarsa, ən qısa zamanda sizə xidmət göstərməkdən məmnun olarıq. +994 50 962 58 08/28 İ[email protected]