Fakturalar - sizin ticarətinizin başlanğıc nöqtəsi də hesab olunur və bəzi hallarda təklifnamə kimi də adlandırılır. Təklifnamədə siz fakturanı öncədən qeydiyyatını apardığınız şəxslərə vəya şirkətlərə göndərə bilərsiniz. Bunun üçün ödəniş olunur (kimə) bölməsində fakturanı göndərəcəyiniz şəxsləri seçib, invoysunuzun nömrəsini qeyd etməniz kifayətdir. Daha sonra ödəniş edəcəyiniz xidməti məlumatları daxil edib yekun qiymət çıxaracaqsınız. Xidmətimizdə eyni zamanda istəyinizə uyğun olaraq logo yükəyə və göndərdiyiniz invoyslarınızı pdf-ə dəyişib, çap da edə bilərsiniz. Fakturalar bölməsində siz göndərdiyiniz və qəbul etdiyiniz fakturaları tənzimləyə bilərsiniz. Eyni zamanda müştərilərinizə fakturalar əvəzinə çek göndərmə imkanınız da yaradılmışdır.